Qonşular şikayət etdi, Emil Bədəlovun çay evi bağlandı

Qonşular şikayət etdi, Emil Bədəlovun çay evi bağlandı
4270 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlovun bir müddət öncə açdığı çay evi bağlanıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb qonşuların sənətçidən şikayət etməsi olub.

Emil müxbirimizlə söhbətində xəbəri təsdiqləyib:

"İşlərim çox yaxşı gedirdi. Açılışdan cəmi iki ay keçsə də, artıq müəyyən xeyir götürmüşdüm. Amma qonşular şikayət etdi. Çünki məkan yaşayış binalarının yaxınlığında idi. Musiqi səsi və çoxlu avtomobillərin dayanması qonşuları narahat edirdi. Dedilər ki, saat 20:00-dan sonra işləməyin. Mənim müştəriləm isə əsasən axşamlar gəlirdi. Sənətçi dostlarım işdən sonra burada dincəlirdilər. Qonşular telekanalları çağırıb, səs-küy qaldırmaq istəyirdilər. Söz-söhbəti sevmədiyim üçün bağladım. İndi başqa bir məkanda daha gözəl çay evi açacam. Təxminən bir aya fəaliyyətə başlayacaq”.