Ramal Aygündən üzr istədi

Ramal Aygündən üzr istədi
3675 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Onlar” verilişində müğənni Ramal İsrafilovun xalq artisti Aygün Kazımova haqqında dediyi sözlər qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, Ramalın “Aygün Kazımovanın “Biletini alma” mahnısını ifa etməsi məni qane etmədi” sözləri qarşı tərəfi əsəbiləşdirib. Bundan xəbər tutan müğənni-bəstəkar xalq artistindən üzr istəyib.

A. Kazımova Ramalın ona yazdığı ismarışları İnstaqram səhifəsində paylaşıb:

“Haqsızlar öz cəzalarını tapacaqlar. Əslində, mən elə söz demək istəmədim. Aparıcı qızın mənə cümləni birbaşa o cür ünvanlamağına elə də cavab verdim. Amma bilməzdim ki, belə yanlış müsahibə olar. Mənə şans verin, mən indi şounun nə demək olduğunu və kimlərin hoqqalar qurduğunu bilirəm. Onlar sevinir. Sizdən necə lazımdırsa, üzr istəyə bilərəm. Xahiş edirəm, məni öz uşağınız kimi qəbul edin. Sizi heç vaxt heç kimə dəyişmərəm. Allaha and içirəm ki, bu məsələ belə qalmayacaq. Mən efirdə sizdən üzr istəyəcəyəm. İstəsəniz, gələn dəfə müsahibə verib o cür demək istəmədiyimi bildirim. Amma məndən küsməyin, siz çox böyüksünüz”.

Xalq artisti isə ona cavab olaraq “İndi siz söyləyin, onu bağışlamaq olarmı? Yox, canım Ramalım, ehtiyac yoxdur” sözlərini qeyd edib.