Bu gün xalq artisti Nisə Qasımova 60 yaşını qeyd edir.Axşam.az xəbər verir ki, sənətçi doğum gününü ailə üzvləri ilə birgə qeyd edəcək. N. Qasımova ad günü münasibətilə fotosessiya etdirdiyini bildirib:
"Heç zaman bu günü qeyd etməmişəm. Amma bu dəfə yubileyim olduğu üçün özümə hədiyyə etməyə qərar verdim. Fotolar vasitəsilə özümə illər sonra bir də baxmaq istədim. Nəticə ürəyimcə oldu".
Qeyd edək ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşından Əfsər Cavanşirovun rəhbərliyi ilə "Bənövşə" uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonra "S pesnyami jizni" beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən Dövlət Televiziyasının solisti olan müğənni Almaniya, Ukraina, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İslandiya, Türkiyə, Rusiya və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib. N. Qasımova 1994-cü ildə ilk dəfə dövlət televiziyasında müğənni-aparıcı kimi fəaliyyət göstərib.
Fotolar Ruslan Teymurfulatov tərəfindən çəkilib.