Alişana salam verdi, ailəsi dağıldı

Alişana salam verdi, ailəsi dağıldı
4161 dəfə oxunub
  • A-
  • A
  • A+
2013-cü ilin avqustunda evlənən türkiyəli aktyorlar Tolqa Güləç və Yeliz Şarın boşanmasına səbəb müğənni Alişanın olduğu iddia edilib.

Axşam.az "Milliyət"ə istinadən xəbər verir ki, cütlük restoranda əyləndiyi zaman Alişan həmin məkana gəlib. Yelizin köhnə sevgilisi Alişana salam verməsi həyat yoldaşını qısqandırıb və onlar arasında mübahisə yaranıb. Narazıçılıq get-gedə böyüyüb və nəticədə davaya çevrilib. Mübahisə evdə də davam etdiyindən cütlük ayrılmağa qərar verib.

T.Güləç isə açıqlamasında bu iddiaları təkzib edib:

"Xəbəri oxuyanda şok oldum. Mən Alişanı görməmişəm. Onu tanımıram. Heç keçmiş həyat yoldaşım da Alişanın sevgilisi olmayıb".