Tanınmış aparıcının gizli istedadı ortaya çıxdı - fotolar

Tanınmış aparıcının gizli istedadı ortaya çıxdı -  fotolar
4113 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur telejurnalist Dilarə Səlim həm də gözəl rəssam imiş.

Bu barədə Ailem.az-a danışan telejurnalist bildirib ki, onun bu həvəsi məktəb yaşlarından başlayıb:
 
- Məktəbdə oxuyarkən rəsmlə maraqlanmağa başlamışam. Əlbəttə, ilk çəkdiyim şəkillər kağız üzərində olub, amma ən böyük birinci əsərimi öz otağımın divarında çəkmişəm. Buludların üzərində qanadlı mələkləri rəngli meloklarla çəkmişdim. Beşinci sinifdə oxuyurdum onda, anam əl işimi çox bəyəndi və uzun müddət həmin divar, hətta ev təmir olunanda belə boyanmadı. Anam, atam qonaq gələnlərə həvəslə qızlarının əl işini göstərirdilər. Sonra yavaş-yavaş sulu və yağlı boya ilə çəkməyə başladım. Amma bunlar daha çox diletant işləri idi. Çünki işıq, kölgə və s. anlayışlarından xəbərim yox idi. Gördüyümü təsvir etməyə çalışırdım. Universitetin sonuncu ilində televiziyaya gəldim. Sonra TV-ni öyrənməyə, jurnalistika kurslarında bu peşəyə daha çox yiyələnməyə çalışdığım üçün rəssamlıq bir qədər arxa planda qaldı.
 
Dilarə Səlim rəssamlığın sirlərinə daha dərindən yiyələnməyə çalışıb və bunu rəssamlardan öyrənib:
 
-  Yalnız əsas işimə ara verdiyim zaman, yəni həyat yoldaşımın işi ilə əlaqədar Türkiyədə yaşadığımız müddətdə hobbimi xatırladım. İstanbulda tanınmış rəssam, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızı Lətafət Məmmədova ilə tanış oldum və o, mənim ilk müəllimim oldu. Orda yaşadığım müddət ərzində 5 ilə yaxın Lətafət xanımın İstanbulun Yaşılköy səmtində yaratdığı öz sənət emalatxanasında dərslərə getdim. Nə öyrənə bildimsə, orda öyrəndim. Çünki Bakıya qayıdandan sonra yenə də başım öz əsas işimə qarışdığı üçün rəsmə vaxt qalmadı. Bəlkə də 4 aya yaxındır ki, başladığım bir tablonu hələ də bitirə bilmirəm.  Rəsm elə bir sahədi ki, ona gərək bütün vaxtını ayırasan. Bu, boş vaxtı doldurmaq üçün məşğuliyyət  deyil".
 
Beləliklə, tanınmış telejurnalistin rəsm əsərlərini sizə təqdim edirik.