Məşhur aktyor Leonardo Di Kaprio “Variety” jurnalının fevral sayının üz qabığını bəzəyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz həmçinin çəkiliş meydançasında baş verənlər haqqında da maraqlı açıqlamalar edib.
39 yaşlı aktyor heç vaxt məşhur olacağını düşünmədiyini söyləyib. Leonardo “Uoll Strit canavarı” filminə çəkilərkən qeyri-standart şəxsiyyəti canlandıracağını bildiyini də gizlətməyib.