Bu gün Sevgililər gününü qeyd edənlərdən biri də ana olmağa hazırlaşan müğənni Ayan Babakişiyevadır.
Axşam.az-ın məlumatına görə, sənətçini təbrik edənlər arasında yaxın dostları yer alıb. Əməkdaşımızla söhbətində Ayan ona verilən ən maraqlı hədiyyənin nə olduğunu açıqlayıb:
“Bu gün məni həyat yoldaşımdan əlavə, sayı az olan özəl dostlarım da təəccübləndirdi. Heç gözləmədiyim hədiyyələr almışam. Hər zaman yanımda olan, yaxın dostum Ruslan mənə gələcək övladımın adından gül dəstəsi göndərib. Çox təsirli hədiyyə idi. Yaxın, heç vaxt yanımdan getməyən bir rəfiqəm isə bahalı brenddən zinət əşyaşı bağışlayıb. Hamiləliyimlə əlaqədar şirniyyatları çox sevirəm. Tanınmış qənnadçı Bəhruz da bundan xəbərdardır. O mənə sevdiyim şirniyyatları və “Ayan” tortunu göndərib. Gecə saat birə işləmiş stilist Roma böyük gül dəstəsi göndərmişdi. Bu gözəl gündə məni sevindirən dostlarıma təşəkkür edirəm. Çox xoşbəxtəm. Gərək gələn il də 14 fevralda hamilə olum ki, bu qayğını görüm (gülür)”.