Bu yaxınlarda nikah masasına oturan türkiyəli prodüser Cenk Kamal İçtən və model Minarə Allahverdiyeva Sevgililər gününü qeyd edib. Axşam.az-ın məlumatına görə, Cenk həyat yoldaşı üçün hədiyyə hazırlayıb. O, Minarəyə sayt açıb. “minaraallahverdiyeva.com” adlanan saytda modelin fotoları, yaradıcılığı haqqında məlumatlar yerləşdirilib. Sayta daxil olarkən Cenk İçtənin həyat yoldaşı üçün Sevgililər günü təbriki görünür.