“Sevdiyim insanla uşaq kimi davranıram” - fotolar

“Sevdiyim insanla uşaq kimi davranıram” -  fotolar
3025 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan idman üslublu geyimlərə üstünlük verir.

Bu barədə Axşam.az-a açıqlama verən sənətçi qadının cazibəli olmasının əhəmiyyətini vurğulayıb:

“İnsanın bir libası daşıya bilməsi üçün şarmı olmalıdır. Cazibəli xanıma həm ucuz, həm də baha libas gözəl görünəcək. Elələri var bahalı libaslar geyinir, amma gözəl deyillər. Qadın idman stilində də geyinər, klassik də... Amma xanımlığını hıər iki halda göstərməyi bacarmalıdır. Mən hər zaman idman stilində geyinirəm. Ziyafətlərə gedəndə isə dəbdəbəli paltara üstünlük verirəm. Bəzən uşaq kimi, bəzən xanım kimi davranıram. Ən çox da sevdiyim insanla uşaqlaşıram”.

Qarderobundakı libasların qiymətindən danışan Səidə ən bahalı paltarıın 5 min manata olduğunu deyib:
 
“Alış-verişə tək yollanmağı xoşlayıram. Yanımda heç kim olmasın, mənə fikir bildirib maneçilik törətməsin. Bütün mağazaları gəzim, istədiyimi alıb geyinim. Paltarın ucuz-bahasına baxmıram. Ən bahalı geyimimə beş min manat vermişəm. Türkiyədən özəl bir butikdən almışam”.

Foto: Bəhruz ƏLİZADƏ