Sabah Bakı vaxtı ilə saat 00:30-da TRT Müzik Kanalında əməkdar artist Tünzalə Ağayeva “Bir səsin cazibəsi” verilişi ilə yenidən tamaşaçılarının qarşısına çıxacaq.
Axşam.az xəbər verir ki, müğənninin budəfəki qonağı Türkiyənin sevilən pop müğənnisi və bəstəkarı Sinan Erkoç olub. S.Erkoç dəvət üçün Tünzaləyə təşəkkür edərək onun əlindən öpüb.
Qeyd edək ki, Tünzalə Ağayevanın verilişində geyindiyi libaslar Gülnarə Xəlilova Moda Evinə məxsusdur.