Müğənni Ramal İsrafilov “Biletini alma” mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sözləri və musiqisi sənətçinin özünə aid olan ekran işinin rejissoru Şahin Zəkizadədir. Ramal klipin fərqli sujet xəttinə malik olacağını bildirib.
Şahin Zəkizadə isə bu klipdə olan görüntülərin indiyədək heç bir ekran işində olmadığını bildirib. Sənətçi klipdən fotoları sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, “Biletini alma” mahnısını ilk dəfə xalq artisti Aygün Kazımova səsləndirib.