Müğənni Vasif Məhərrəmli yeni mahnı üzərində işləyir.
Axşam.az-ın məlumatına görə, “Sənə bağlandım yenə” adlanan bəstəni sənətçi həmkarı Xatirə İslamla duet şəklində səsləndirib. Əsərin sözləri V.Məhərrəmlinin özünə məxsusdur. Müxbirimizlə söhbətində X.İslam duetin hazırlanma işlərinin başa çatdığını bildirib:
“Maraqlı duet alınıb. Bu gün hazır versiyanı əldə edəcəyəm. Heç Vasifin özü qulaq asmayıb. Bu gün birlikdə dinləyəcəyik”.