Müğənni Könül Kərimova və Aşıq Samirə Əliyeva da Türkiyədən mənzil alan məşhurlar sırasına daxil olub.
Axşam.az-ın məlumatına görə, sənətçilər Bodrumdan ev alıblar. Bu haqda İnstaqram səhifəsində yazan Samirə K.Kərimova ilə qonşu olacaqlarını bildirib. O, ünvanlanan rəylərə belə cavab verib:
"Güya mənim milyonum var? Şərtlər çox sərfəlidir".
Onları ilk təbrik edən isə əməkdar artist Elza Seyidcahan olub:
"Yayda bərabər dincələrik. Mənim zəhmətkeş, sənətkar bacılarım. Təbrik edirəm, xeyirli olsun".