Leyla Əliyevadan "Məhəbbət ağacı" - fotolar

Leyla Əliyevadan "Məhəbbət ağacı" - fotolar
5258 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 14-də Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova iştirak ediblər.

"Məhəbbət ağacı" layihəsi IDEA, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir. Belə bir inanc var ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda, o uğur və səadət gətirəcək. Dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində sevgi sözləri yazılmış suvenirlər asırlar.

buro247.az