Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - bu gün cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.
Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər.
Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. Hesablarına 58,15 xal yazdıran idmançılarımız bu nəticə ilə indiyədək çıxış edən 13 cütlük arasında ilk üçlüyə daxildirlər.