Bu gün Türkiyədə yaşayan model Günay Musayeva 27 yaşını qeyd edir.
Axşam.az-ın məlumatına görə, türkiyəli aktyor Tolqa Karellə evli olan Günay təəssüratlarının bizimlə bölüşüb:
“Gecədən indiyədək təbriklər alıram. Ailəm, yaxın dostlarım özəl gündə məni tək qoymurlar. İlk hədiyyə, ilk təbrik, kim nə bağışladı, bunlar boşdur. Bu günü dostlarımla və ailəmlə birlikdə qeyd edəcəyəm”.