Əməkdar artist Elza Seyidcahan “Addım addım türk dünyası” layihəsi çərçivəsində səfərə yollanıb.
Axşam.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın təşkilatçılığı ilə baş tutan səfər Xocalı soyqırımına həsr olunub. Bu haqda müxbirimizlə söhbət edən E. Seyidcahan əvvəlcə Tovuzun "N" saylı hərbi hissəsində olduqlarını bildirib:
“Burada ermənilər tərəfindən təcavüzə məruz qalmış Qaradağlı kəndinə həsr olunan film nümayiş etdirilib. Daha sonra Gürcüstana yollandıq. Burada yaşayan azərbaycanlılarla görüş keçirildi. Daha sonra isə Batumiyə getdik. Soyqırımı haqqında lentə alınan filmi Türkiyədə də təqdim edəcəyik”.