ATV-nin aparıcısına evlənmə təklifi gəldi – fotolar

ATV-nin aparıcısına evlənmə təklifi gəldi –  fotolar
6291 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcısı Nərgiz Vahabqızı evlənmək təklifi alıb.

Axşam.az-ın məlumatına görə, teleaparıcı təklifin Sevgililər günündə gəldiyini bildirib:

“Gözləmədiyim bir təklif idi. Amma hələ ailə həyatı qurmağı düşünmürəm. Təklifdən də imtina etmişəm. Üç-dörd il subay gəzmək istəyirəm”.

Nərgiz yeni imicindən də bəhs edib:

“Sonuncu dəfə uşaq yaşlarımda saçlarım belə qısa olub. Heç vaxt bu qədər çox kəsdirmirdim. Stilistim məni yoldan çıxardı. Həyatımdakı ən böyük risk saçlarımı qısa kəsdirməyimdir. Çox yaraşdığını gördüm. Bir neçə il qısa saçla dolaşacağam”.

N.Vahabqızı Sevgililər günündə ona hədiyyə olunan brilyant üzüyün sahibini isə gizli saxlayıb.