“Özünə bax 3” yenidən start götürüb.
Axşam.az xəbər verir ki, bu dəfə müsabiqədə qızlarla yanaşı, oğlanlar da iştirak edəcək.
Münsiflər heyətində layihənin rəhbəri Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, Stilist Elnur Həsənov və aparıcı Şəhriyar Əbilov yer alıb. Keçən dəfə olduğu kimi yenə də aparıcılıq missiyası Rüfət Ağayevə həvalə olunub.
Layihənin qalibi olacaq kişi iştirakçı dəyərli avtomobil, qadın isə brilyant daşlarla bəzədilmiş zinət əşyası qazanacaq.
Qeyd edək ki, veriliş həftədə 3 gün saat 15:00-da yayımlanacaq. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hacıyev (Şaba), prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır.