Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni albomunun hazırlıqlarına başlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi mahnılarından birini türkiyəli klarnet ifaçısı Hüsnü Şənləndiricinin müşayiəti ilə ifa edib. Günel bu haqda fikirlərini İnstaqram səhifəsində bölüşüb:
“Atam və gözəl klarnet ifaçısı Hüsnü Şənləndirici. Şənləndirdi, məst etdi, ümid edirəm ki, uğurlu olacaq. Çox sağ olsun, məni üzməyib gəldi”.