Işın Karaca Azərbaycana gəlir

Işın Karaca Azərbaycana gəlir
2277 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Işın Karaca Azərbaycana gələcək.

Axşam.az-ın məlumatına görə, sənətçinin konserti martın 24-də Qəbələdə baş tutacaq.

Təşkilatçı Nahid Emiloğlu Işın Karacanın özəl proqramla tamaşaçılar qarşısına çıxacağını bildirib:

“Işın Karaca böyük ansamblı ilə birlikdə gələcək. Onunla bərabər Kiyevdən möhtəşəm rəqs qrupunu gətirəcəyəm. Gecədə əsl şou nümayiş olunacaq. VİP hesab edilən dörd masada biletlərin qiyməti 450 manatdır. Bu məbləğə yemək, içkilər, hər şey daxildir. Digər masalarda isə biletlər 250-350 manatdır. Buraya da yemək, içkilər daxildir. Qiymətlər arasındakı fərq VİP masaların daha ön sıralarda yerləşməsinə görədir”.

Qeyd edək ki, konsert “Qafqaz sport hotel”də keçiriləcək. Biletlər haqqında məlumatı (050) 5090034 nömrəsi vasitəsilə əldə etmək olar.

Gecənin informasiya dəstəyi Axşam.az saytıdır.