Məryəm Üzərlini Serenay Sarıkaya ilə əvəzlədilər

Məryəm Üzərlini Serenay Sarıkaya ilə əvəzlədilər
3512 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il şampun firmalarından birinin reklam siması olan Məryəm Üzərli bütün işlərini ataraq Almaniyaya getdiyi üçün bu razılaşmadan da imtina etmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, marka bu dəfə siması kimi məşhur model və aktrisa Serenay Sarıkayanı seçib.

“Medcezir” serialı ilə son zamanlar tez-tez gündəmə gələn Sarıkayanın reklamdakı tərəf müqabili filmdəki həmkarı Hazar Ərgüçlü olub. Serenaya bu təklif qarşılığında 1 milyon lirə (təxminən, 400 min AZN) verilib. Hazar Ərgüç isə 400 min lirə (təxminən, 160 min AZN) qazanıb. Daha öncə sözügedən şampun firmasının siması olan Məryəm Üzərli isə 1 milyon 200 min lirəyə (təxminən, 480 min AZN) razılaşma imzalamışdı.

Xatırladaq ki, bir moda jurnalının təşkil etdiyi “Stil sahibi məşhurlar” adlı gecədə “Stil sahibi saç” mükafatını alan Seranay həftədə yalnız bir dəfə saçlarına qulluq etdiyini açıqlayıb. Onun sözlərinə görə, dolğun saçların sirri zeytun yağı, badam yağı və yumurtadadır. Bundan başqa, fendən uzaq durmaq da vacib amillərdən biridir.