Müğənni Günay İbrahimli və aparıcı Günel Hümbətova bənzər libas geyinib.
Axşam.az-ın məlumatına görə, ötən gün tanınmışların sosial şəbəkədə paylaşdıqları fotolarda köynəklərinin rəngi və modelinin bənzərliyi diqqətdən qaçmayıb.
Qeyd edək ki, Günay İbrahimli və Günel Hümbətova hazırda küsülü olan məşhurlar sırasındadır. Cütlüyün aralarındakı qalmaqala “Maşın” realiti şousu səbəb olmuşdu. Daha sonra Günelin sosial şəbəkə Günayın ünvanına yazdığı “Günay İbrahimli, bəsdir, özünü mənimlə reklam edib müsahibələr verdin. Bir də mənim adımı çəksən, camaata elə bir faktı açıqlayacağam ki, bundan sonra yüz il də oxusan, özünə gələ bilməyəcəksən. Bu, axırıncı xəbərdarlığımdır!” sözləri sənətçilərin münasibətini daha da pisləşdirib.