Futbol üzrə Türkiyə yığmasının və “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirəlin qızı Yadenin fotoları yayılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 gün əvvəl dünyaya gələn körpənin şəkillərini anası Zeynəb Sevər İnstaqram səhifəsinə yerləşdirib.
2009-cu ildə Belçika gözəli seçilmiş model fotonun altında təəssüratlarını bölüşüb:
"10 gün əvvəl bütün həyatımı dəyişdirdin. Nə doğum sancıları, nə də bir ömür qədər uzun çəkən gözləmə müddəti ağlımda qaldı. Səni qucağıma aldıqda hər şey bitdi. Həyatımıza xoş gəldin, gözəl qızım. Allah istəyən hər kəsə bu möcüzəni qismət etsin".
Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub.