Xalq artisti Aygün Kazımova türkiyəli prodüser Samsun Demirlə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, müğənni yenicə işbirliyinə başladığı DMC musiqi şirkətinin tanınmış simalarından olan Demirlə yeni layihələr üzərində çalışır. A.Kazımova layihələrin yaxın günlərdə təqdim ediləcəyini vurğulayıb:
“Sayılı günlər qalıb. Tarixini deyə bilmərəm”. Qeyd edək ki, Aygün Kazımova budəfəki səfəri zamanı imicində də dəyişiklik edib. Xalq artisti qısa saçlarını uzadaraq sarı rəngə boyayıb.