Türkiyəli müğənni Bülənt Ərsoy efirdən çıxarılan verilişinin rejissoru Mehmet Fevzi Sivereklə barışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, F. Siverek ötən gün sənətçinin çıxış etdiyi məkana gəlib və ona gül dəstəsi verib.
"Diva" onun bu jestini gülümsəyərək qarşılayıb. Müğənni ona plov və Antep fıstığı gətirən rejissorla zarafat edib:
"Çox ucuzam, bir plovla barışdım".
Qeyd edək ki, B. Ərsoyun "Bülənt şou" verilişi bir müddət əvvəl sənətçi ilə rejissor F. Siverek arasındakı anlaşmazlığa görə bağlanmışdı.