ATV telekanalının zövq yarışması “Özünə bax”ın budəfəki buraxılışında maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, efirdə bayram ab-havası olub. Layihənin siması Ruhi Əliyeva canlı yayımda səməni cücərdib. Münsif heyəti kürsüsündə Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, stilist Elnur Əliyev, dəb məsləhətçisi Elnarə Bəkir əyləşib. İştirakçılardan 22 yaşlı Elçin Qəniyevlə münsiflər arasında narazılıq yaranıb. Gənc oğlanın geyimini qınayan R.Əliyevaya qoşulan Elnur onu "zövqsüz" adlandırıb. 28 yaşlı Vüsalə İbadovanın imicini bəyənən münsiflər onun ikinci yarımfinala keçməsinə icazə verib. Niqamət Qurbanov adlı gənc isə R.Əliyeva ilə mübahisə edib. Niqamət şou-biznesdə bütün kişi müğənnilərin zövqsüz olduğunu bildirib. Uzun mübahisədən sonra N.Qurbanovun ikinci yarımfinala keçməsinə icazə verilib.
Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftədə 3 gün saat 15:00-da yayımlanacaq. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır.
Müsabiqədə birinci yerin sahibi olan xanıma tac, oğlana isə avtomobil hədiyyə olunacaq.