Azərbaycanlı model Günay Musayeva həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karellə boşanmaları ilə bağlı yayılan xəbərlərə son qoyub. Axşam.az-ın məlumatına görə, model sosial şəbəkədə hazırda Dominikanda olan Tolqanın fotosunu paylaşıb. “Survivor” yarışması üçün oraya yollanan Tolqa alış-verişə çıxaraq oğlu üçün libaslar alıb. O, Cahangirə aldığı köynəklə fotosunu çəkib. Həyat yoldaşının şəklini İnstaqram səhifəsində paylaşan Günay “Tolqadan Cincana köynəklər” sözlərini yazıb.