Dünyaca məşhur müğənni Beyons ailəsi ilə birlikdə Yamaykada istirahət edir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəniz qırağında dincələn ifaçı çimərlik geyimində fotolarını paylaşıb.
Müxtəlif rəngli geyimlərlə şəkil çəkdirən ulduz gözəl bədən quruluşu ilə diqqət mərkəzinə gəlib.
Xatırladaq ki, 32 yaşlı müğənni qastrol səfərləri çərçivəsində Avropaya gedib. İfaçının dünya turu martın 27-də başa çatacaq.