Xalq artisti Bilal Əliyev illər öncə çəkdirdiyi fotosunu yayıb. Axşam.az-ın məlumatına görə, müğənni bu şəkli 1978-ci ildə Litvada hərbi xidmətdə olduğu zaman çəkdirib. İfaçının həmin vaxtlarda çox arıq olduğu diqqətdən qaçmayıb.
Qeyd edək ki, Bilal Əliyev hazırda Həcc ziyarətindədir. O, sabah vətənə qayıdacağını bildirib:
“Bu gün Kəbə evini təvvab etdik, namazımızı qıldıq. Ziyarətimiz bitdi, Allahın köməyi ilə sabah vətənə dönürük. Allah hamıya ziyarət qismət etsin”.