Keti Perri müsəlmanlara təslim oldu

Keti Perri müsəlmanlara təslim oldu
1972 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Keti Perrinin “Dark Horse” ("Gözlənilməz namizəd") adlı mahnısına çəkdirdiyi klipin müsəlmanlar arasında qalmaqala səbəb olduğunu xəbər vermişdik.

 Axşam.az-ın məlumatına görə, ifaçının klipdəki gəncin boynunda asılan "Allah" yazısını əli ilə gizlətməsi və sonradan yoxa çıxması İslam dininə təhqir kimi qiymətləndirilmişdi.

Bir sıra müsəlman dövlətlərində klip əleyhinə kampaniya başlayıb. Perrinin ekran işindən həmin görüntünü silməsi və üzr istəməsi tələb olunub. Təzyiqlərə davam gətirə bilməyən Keti Perri klipdən həmin görüntüləri silərək onu yenidən yayımlayıb.