Bu aparıcılar İTV-dən çıxarıldı - fotolar

Bu aparıcılar İTV-dən çıxarıldı - fotolar
7716 dəfə oxunub
  • A-
  • A
  • A+

İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub.

Axşam.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:

1. Tamilla Şirinova – aparıcı
2. Səlminə Ələkbərli – aparıcı
3. Şakir Qurbanov – radio aparıcı

Tamilla Şirinova hələlik bu barədə danışmaq istəməyib: “İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”.

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: “Artıq bu gündən İTV-yə işə çıxmıram”.

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib etdi:

“Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”.

“Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar” sualına isə belə cavab verib: “Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”.

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.