"Hollivud ulduzu Ancelina Coli dünyanın ən gözəl qadınlarındandır və bir çox kişi onunla öpüşə bilmək üçün hər şeyini fəda edər".
Axşam.az xəbər verir ki, bu barədə "Hürriyət" qəzetində hazırlanan yazıda bildirilir.
Qəzetin yazdıqlarına əsasən, Colinin "Wanted" ("Axtarışdadır") filmindəki tərəf müqabili Ceyms Makevoy isə istisnalar sırasındadır. Belə ki, aktyor onun haqqında heç də xoş sözlər deməyib. Ceyms Ancelina ilə öpüşməyi "tərlədici və heç də xoş olmayan bir hal" kimi dəyərləndirib.