Müğənni və aktrisa Cennifer Lopez jüri masasında əyləşdiyi “American İdol” yarışmasındakı həmkarlarını ziyarət edib.
Axşam.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Beverli Hillsdə restoranların birinə yollanan müğənni geyimi ilə diqqət çəkib.
Bədən quruluşunu daha da vurğulayan libas Cenniferə cazibədarlıq qatıb. İfaçı gecə boyu doyunca əylənib.