Futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhemin qaradərili uşaqla fotoları yayılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun bu fotoları hər kəsdə böyük təəccüb doğurub.
4 uşaq anası Viktoriya Cənubi Afrikada yaşayan ailələrə baş çəkib. Amma o, bu addımı Anna Leybovitsin fotolayihəsi çərçivəsində atıb. Viktoriyanın Ancelinanı təkrarlayaraq qaradərili uşaq övladlığa götürəcəyi ehtimal edilir. Modelyer hələ ki, bu barədə açıqlama vermir.