Əməkdar artist Elza Seyidcahanın Türkiyə səfəri davam edir.
Axşam.az-ın məlumatına görə, hazırda İstanbulda olan müğənni maraqlı fotolarını İnstaqram səhifəsində paylaşıb. Ötən gün şam yeməyinə çıxan E.Seyidcahan bu dəfə kabab məclisinə qonaq olub.
Qeyd edək ki, əməkdar artistin səfərinin məqsədi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə keçirilən “Addım addım türk dünyası” tədbirində iştirak etmək olub.