Ötən gün “Miss Eurovision” beynəlxalq gözəllik yarışmasında Azərbaycanı təmsil edəcək iştirakçının seçimi üçün ilk tur keçirilib.Axşam.az xəbər verir ki, tədbirin aparıcısı Elvin Məmmədov olub.
“High Life Fashion & Model Academy”nin rəsmi təmsilçiliyi ilə keçirilən müsabiqənin münsiflər kürsüsündə layihə rəhbəri Mübariz Allahverdizadə, təşkilatçı Aqil Məmiyev, müğənni Zamiq Hüseynov, NuraSuri, teleaparıcı Nərgiz Cəlilova, Şəhriyar Əbilov, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, aktrisa Hüsniyyə Mürvətova, model Oksana Rzayeva və Anastasiya Bern əyləşib.
Birinci turun ikinci hissəsi martın 8-də baş tutacaq. Hər iki hissədə seçilən modellər ikinci tura vəsiqə qazanacaq.
Seçim turları ATV telekanalında, final isə həm də Türkiyənin Kral TV-sində yayımlanacaq.
Foto: Rəşad ABBASOV