ANS telekanalında yayımlanan “Bir gün” verilişi müğənni Xatunun evində qonaq olub. Axşam.az-ın məlumatına görə, sənətçi həyatı ilə bağlı maraqlı açqılamalar verib:
“Evim yoxdur. Qaldığım mənzil anamındır, onun adınadır. Maşınım isə qardaşım, stilist Balaşındır. Bir vaxtlar maşınımız yox idi, təmirsiz evdə otururduq. Qardaşım Balaş aldığı bütün pulları mənim sənətimə xərcləyirdi. Sponsorum qardaşımdır”.
Şou-biznesdən söz açan Xatun ən pozitiv müğənninin adını açıqlayıb:
“Ən pozitiv müğənnimiz İlhamə Quliyevadır. Onun “canım mənim” sözündən çox xoşum gəlir”.