Müğənni Rəqsanə İsmayılova məşhur aktyor Karlos Martinlə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi onu yeni klipində çəkib. Klip çəkilişi bu gün baş tutub. Rəqsanə bu haqda “Onlar” verilişinə açıqlamasında deyib:
“Karlos burada çox sevilən aktyordur. Çox yaraşıqlı oğlandır. Ona deyəndə ki, səni azərbaycanlı müğənni klipinə çəkmək istəyir etiraz etməyib. Azərbaycan adı eşidən kimi razılaşıb. Deyib ki, önəmli olan tanınmış azərbaycanlı müğənni ilə bir ekran işində rol alacağımdır. Klip “Alma məndən gözlərimi” adlı mahnıma çəkilib. Mahnının musiqisi və sözləri özümə aiddir”.
Qeyd edək ki, Karlos Martin ispaniyalı model, aktyordur. O, Türkiyədə bir neçə serialda rol alıb. Onlardan biri də “Yağışdan qaçarkən” idi.