“Medcezir” serialı ilə gündəmə gələn aktrisa Serenay Sarıkaya və aktyor Çağatay Ulusoy ilk dəfə birlikdə görüntüləniblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evli iş adamı Murad Süğlündən ayrılan Serenay Çağatayla yaşadığı eşq macərasını gizli saxlamağa çalışırdı.
Cütlük 2 ay öncə münasibətlərinə start versələr də, heç vaxt birgə kameralara tuş gəlməyiblər. Bu günlərdə onlar paparatsilərdən gizlənə bilməyiblər. Gecə yarısı restoranlardan birinə gedən sevgililərin jurnalistlər tərəfindən çəkildiyini görən məkanın işçiləri bu haqda onları məlumatlandırıblar. Daha sonra Çağatay bahalı avtomobilinə minib. Serenay isə jurnalistləri salamlayaraq Ulusoyla birgə məkandan ayrılıb.