Dicey Çinanın avtomobilləri - fotolar

Dicey Çinanın avtomobilləri -  fotolar
2597 dəfə oxunub
  • A-
  • A
  • A+
Dicey Çina hazırda iki avtomobil idarə edir.

Bu barədə Axşam.az saytına açıqlamasında onun özü bildirib. Çina deyib ki, hər zaman iki maşına sahib olmaq arzusunda olub:

“İlk dəfə “Harley Davidson” motosikletim olub. Daha sonra idman stilli "Ford Mustang" almışam. Bu özüm üçündür, tədbirlərə onunla gedirəm. "BWM X5" isə ailəmi müəyyən yerlərə aparmağa lazım olur. 7 aydır ki, usta yanında idi. İstədiyim formaya salmaq üçün vermişdim. İki gündür təhvil almışam. Avtomobillərimin nömrəsi atamla anamın adlarının baş hərfidir: FZ – Fazil və Zöhrə. Hər zaman iki avtomobil markasının arzusunda olmuşam. Şükür ki, ikisinə də sahibləndim. "BMW"ni işlənmiş vəziyyətdə almağıma baxmayaraq, çox düşərli oldu”.