Dünən Metropark AVM-də xərçəng xəstəliyindən əziyyət çəkən gənc Nərmin Hüseynli ilə bağlı xeyriyyə konserti keçirilib.
Axşam.az-ın məlumatına görə, şou-biznesin tanınmış simaları bir araya gəlib və Nərminin müalicəsi üçün lazım olan məbləğin toplanmasına yardımçı olublar. Tədbirə əməkdar artist Gülyaz Məmmədova, müğənni Nadir Qafarzadə, Roza Zərgərli, Sevda Yahyayeva, Günay İbrahimli, Sevil və Sevinc bacıları, Yaşar Cəlilov, Murad Sadıx, prodüser Tolik və başqaları qatılıb.
Roza Zərgərli iyanə qutuları ilə restoranlardan pul toplayıb.Prodüser Tolik isə auksionda satışa çıxarılan bir köynəyi satın alıb.