Türkiyəli müğənni və aktrisa Hülya Avşar İstanbulun Etilər səmtindəki "Da Mario" restoranında nahar edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin vaxt ölkə prezidenti Abdullah Gül də ailəsi ilə birgə məkana gəlib.
H. Avşar restorandan çıxarkən media nümayəndələri "Prezidenti gördünüz" sualına belə cavab verib:
"Biz aşağı mərtəbə idik, ona görə görmədim. Amma prezidentə paxıllıq etdim. Ətrafında hər zaman yaraşıqlı, boylu-buxunlu cangüdənlər olur. Baxanda gözümü çəkə bilmirəm. Bir yerə gedərkən 10 nəfər səndən əvvəl gedib hazırlıq görür. Bu qədər diqqət insana maraqlı gəlir".