Məşhur modelə keçmiş ərindən sürpriz öpüş - fotolar

Məşhur modelə keçmiş ərindən sürpriz öpüş - fotolar
1651 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il boşanan Hollivud ulduzu Orlando Blum və model Miranda Kerr "Oskar" mükafatlandırma mərasimində üz-üzə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Miranda ABC kanalına müsahibə verərkən keçmiş həyat yoldaşı arxadan yaxınlaşaraq onu yanağından öpüb.

Aktyor daha sonra "Möhtəşəm görünürsən" sözlərini əlavə edib. Miranda Orlandonun bu jestinə gülümsəyərək cavab verib.

Qeyd edək ki, 4 il əvvəl ailə həyatı quran tanınmış cütlük 2013-cü ilin oktyabr ayında boşanıb. Onların Flin adlı 2 yaşlı oğlu var.