“Daxilimdəki çılğınlığı göstərmək istəyirəm” - Sevda

“Daxilimdəki çılğınlığı göstərmək istəyirəm” -  Sevda
1561 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Sevda Yahyayeva bəstəkar Murad Arifdən mahnı istəyib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Star life” verilişinə açıqlamasında deyib:

“Murad Arif bir dəfə mənə mahnı yazmışdı, amma lirika idi. Mən isə ritmik bəstə istəyirəm. Özüm kimi dəli mahnı olsun. Əslində sakit görünürəm. Amma qəlbimdə bir çılğınlıq var. Bu bəstə ilə daxilimdəki çılğınlığı göstərmək istəyirəm. İndi Murada müraciət etdim ki, mənə belə bir mahnı bəstələsin”.

Foto: Nuron MƏMMƏDOV