Dünya şöhrətli avstraliyalı aktrisa Nikol Kidman 46 yaşı olmasına baxmayaraq, hər zaman gənc və cazibədar görünür.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tez-tez məşhur jurnalların üz qabığında yer alan və ən əhəmiyyətli tədbirlərin qonağı olan aktrisa bu günlərdə paparatsilərin hədəfinə tuş gəlib.
Alış-veriş edən ulduz bu gün reallaşan “Oskar” mükafatlandırma mərasimi üçün aksessuar almaqdan qayıdarkən görüntülənib. Tamamilə makiyajsız olan Nikol digər ulduzlardan fərqli olaraq bundan narahatlıq keçirməyib.