Müğənnilər Günay İbrahimli və Natavan Həbibi məclislərin birində üz-üzə gəlib.
Axşam.az xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçıları bəstəkar Nazim Məmmədov barışdırıb.
Xatırladaq ki, iki məşhur arasında yaşanan problemin əsas səbəbi Natavanın konsert verən Günayın geyimini tənqid edərkən bu sözləri söyləməsi olmuşdu:
“Günayın konsertdə ətəyinin qalxmasında tək günahkar onun özüdür. Xanım geyimini bilməlidir. Havaya baxmalıydı, külək olanda enli don geyinməməliydi. Mən gənc müğənnilərə bir bacı kimi məsləhət verirəm ki, geyimlərinə fikir versinlər. Günay orada pis vəziyyətə düşdü, camaatı özünə güldürdü. Günayın əvəzinə mən olsaydım, ölüb yerin dibinə girmişdim”.
G.İbrahimli isə ona cavabında "Elə insanlar danışır ki, gülməyim gəlir. Sən özün kim olmusan ki, mənim haqqımda danışırsan?! Əslində yazığım da gəlir. İfşa etməyə qalsa, mən həmin insanlar haqqında çox şeyi ifşa edərəm. Sadəcə özümə yaraşdırmıram” demişdi.