Tanınmış ifaçı Elton Con hər il təşkil etdiyi ənənəvi xeyriyyə tədbiri keçirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Elton John AIDS Foundation” adlı gecəyə bir çox məşhur simalar qatılıb.
Tədbirin məğzi dəvətnamələrin satışı vasitəsilə müəyyən məbləğ toplamaq və onu Elton Conun xeyriyyəçilik fonduna daxil etməkdir. Amma burada daha bir məsələ var. Belə ki, dəvətnamələrin qiyməti 5 rəqəmdən ibarət olur. Gecəyə qatılanlar arasında Haydi Klum, Ledi Qaqa, Robert De Niro, Donatella Versaçe, Teylor Svift və başqaları yer alıb.