Ardanın nişanlısı yeni sevgili tapdı

Ardanın nişanlısı yeni sevgili tapdı
3236 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl nişanlısı, futbolçu Arda Turandan ayrılan model-aktrisa Sinem Kobalın qəlbi artıq boş deyil.

Axşam.az-ın məlumatına görə, Sinəm on gündür, iş adamı Murad Akdoğanla münasibətdədir. Aktrisa Muradla yaxın dostunun ad günü mərasimində tanış olub və görüşməyə başlayıb. Kobal rəfiqələrinə onunla çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Arda və Sinəm uzun illər birlikdə olub. Cütlük bu yay evlənməyi planlaşdırsa da, gözlənilmədən ayrılıb. Arda Sinəmlə dəfələrlə barışmaq istədiyini deyib, aktrisa isə buna razılıq verməyib.