Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun bacısı Katia Aveyro ölkəsində "Survivor" yarışmasına qatılacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Katia yerli Tele 5 kanalı ilə razılığa gəlib. Ronaldonun bacısının qərarını dəstəklədiyi bildirilir.
Qeyd edək ki, K. Aveyro ötən il "Boom Sem Parar" adlı mahnı ifa etmiş və "Youtube"də 1 milyondan çox izləyici yığmışdı.